Marko Rossi: "Oyun gözlədiyimiz kimi keçdi"

22:30 - 8 İyun 2019

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycana qalib gəldikləri (3:1) matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə çətinliklər oldu. İkinci hissəyə yaxşı başladıq. Şans yaratdıq və tez qol vurduq. Bundan sonra da çoxlu imkanlarımız oldu. 2 top fərqini yaratdıqdan sonra daha ehtiyatlı oynadıq və növbəti matç barədə fikirlər yarandı.

 

- Matçın sonunda nə baş verdi, hakim niyə sizi texniki zonadan qovdu?
- Texniki zona 2 kv. metr ərazidi. İki dəfə xətti keçmişdim. Həmin epizodda fikirləşirdim ki, aut bizim lehimizə verilməlidi. Futbol elədi ki, 3 dəqiqənin içində hər şey dəyişə və biz üstünlüyü əldən verə bilərdik. Biz teatrda deyilik, tennis oynamırıq. Futbol çox emosional oyundu.

 

- Azərbaycan millisi sizi nə iləsə təəccübləndirdimi?
- Azərbaycanlı futbolçular hər top üçün döyüşürdü. Oyuna çox yaxşı köklənmişdilər. Eddi İsrafilovsuz Dmitri Nazarovla oynayacaqlarını düşünürdük. Rəqib sağ cinahdan təhlükəli hücumlar yaratdı. Biz təəccüblənmədik. Oyun gözlədiyimiz kimi keçdi. Əsas 3 xal qazanmaq idi, bunu da etdik.

Xəbər xətti