Ağabala Ramazanov: "Baş məşqçi 45 dəqiqə şans versəydi, daha yaxşı olardı" MÜSAHİBƏ

00:18 - 9 İyun 2019

Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanov AÇ-2020-nin seçmə mərhələsində evdə Macarıstana 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:

 
- Ən vacib olan standart vəziyyətlər idi. Bunun üçün də hazırlaşmışdıq. Elə standart vəziyyətdən iki qol buraxdıq. Onların üstün cəhəti bu idi.
 
- Millinin qolunda faydalı oldun. Oyununu necə dəyərləndirirsən?
- Oyunum barədə fikir bildirməyim düzgün olmaz. Bu barədə siz qiymətləndirsəniz, yaxşı olar. Əlimdən gələni etməyə çalışırdım. 
 
- Oyuna daha tez qoşulsaydın, fərqli ola bilərdi?
- Baş məşqçimiz 30 dəqiqə şans verdi. Ancaq 45 dəqiqə şans versəydi, daha yaxşı olardı. Nə deyə bilərəm? Qərarlar baş məşqçiyə məxsusdur.
 
- Bu məğlubiyyət azarkeşləri stadiondan uzaqlaşdıracaq?
- Oyunlara gəlsinlər. Onlar olmasa, bizim üçün daha da çətin olar. Biz məğlub olmaq istəmirik. Uduzanda necə üzülürüksə, azarkeşlər üçün də təəssüflənirik. Onlardan da çox üzülürük. Azarkeşləri başa düşürük. Bizdən qələbə, nəticə istəyirlər. Bizdən küsməsinlər, gəlsinlər, dəstəkləsinlər.
 
- Slovakiyanın daha adlı sanlı futbolçuları var. Onları məğlub etmək mümkündür?
- Oyuna yaxşı köklənək, ardını görəcəyik.
 
- Qrupdakı bütün oyunlarda uduzmaqdan qorxmursunuz?
- Bunu düşnmürük. Növəbti oyunlarımızı və azarkeşləri sevindirməyi fikirləşirik.

Xəbər xətti