Slovakiya millisində ciddi itki - virusa yoluxdu, Bakıya gəlmədi

00:53 - 10 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Slovakiya millisi ciddi itkiylə üzləşib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Miroslav Stox Bakıya gətirilməyib.

 

Buna səbəb onun güclü virusa yoluxması olub. Çexiyanın "Slaviya" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi virusunu təmizlətmək üçün Slovakiyanı tərk etməyib.

 

İyunun 11-i, 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyununun start fiti 20:00-da səslənəcək.

Xəbər xətti