Ruslan Abışov "Neftçi"dən ayrıldı

13:08 - 10 İyun 2019

"Neftçi"də daha bir ayrılıq baş verib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, kapitan Ruslan Abışovla yollar ayrılıb. Klub 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

 

Klub 31 yaşlı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Ruslan Abışov 2003-12-ci illərdə "Neftçi"nin formasını geyinib. Təcrübəli futbolçu daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Azərbaycan millisinin müdafiəçisi 2017-ci ildə "ağ-qaralar"a geri dönmüşdü.

 

Xəbər xətti