"Neftçi" "Keşlə"nin futbolçusunu transfer etdi

13:33 - 10 İyun 2019

"Neftçi" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Keşlə"nin sağ cinah müdafiəçisi Cabir Əmirlini transfer edib. Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir.

 

22 yaşlı futbolçu ötən mövsüm 18 oyuna 1 qol vurub. Cabir Azərbaycanın U-21 millisinin üzvü olub.

 

Qeyd edək ki, "Neftçi" "Qəbələ"dən Voislav Stankoviçi transfer edib. Stiven-Jozef Monroz və Rauf Əliyevlə də anlaşma əldə edilib. Məhəmməd Mirzəbəyov, Petru Raku, Qoran Paratski, Ruslan Abışovla yollar ayrılıb, Səlahət Ağayevlə müqavilə uzadılıb.

Xəbər xətti