Marek Hamşik: "Azərbaycan kimi komandalar istənilən rəqibə işgəncə verə bilir" MÜSAHİBƏ

13:55 - 10 İyun 2019

Slovakiya milli komandasının kapitanı Marek Hamşik sport.sk saytına müsahibə verib.

 

Sportal.az 31 yaşlı yarımmüdafiəçi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə suallara cavab verib.

 

- Azərbaycanı necə rəqib kimi qiymətləndirirsiniz?

- Alt səbətdə daha asan komandalar var idi. Futbol irəliləyir və bu komandalar onsuz da hər kəsə işgəncə verə bilir. İsti və rütubətli hava şəraitində oynayacağıq. Çətin oyun olacaq.

 

- Bəzi mütəxəssislər Azərbaycanla oyunda büdrəyən komandanın Avropa çempionatına yollanmayacağını düşünür. Siz necə düşünürsünüz?

- Bu oyunun açar rolu olacağını düşünürəm. Üç xal üçün gəlmişik. Səviyyəmizi göstərmək istəyirik.

 

- Futbolçuların yorğun mövsümdən sonra iyun ayında belə səfərdə çətinlik çəkəcəyindən qorxmursunuz?

- Hazırda kimlərlə oynamağımızın fərqi yoxdur. Bəzi futbolçular istirahət üçün vaxt tapmadı. Evdə oynamaq bizim üçün daha yaxşı olardı.

 

- Azərbaycan Xorvatiya ilə oyunda 1:0 üstün idi. Yekun 1:2 hesabı ilə uduzsalar da, dünya çempionatının gümüş medalçısına çətinlik yarada bildilər. Bu matçdan nə ala bilərsiniz?

- Baş məşqçi Pavel Hapal bunu düşünüb, işimizi çətinləşdirməməyi və başımız dik mübarizə aparmalı olduğumuzu söylədi. Baş məşqçinin istəklərini yerinə yetirməyə çalışacağıq. Lazımsız gecikmələr olmamaqla sürətli və asan oynamalıyıq.

 

- Azərbaycanla Slovakiyanın oyunlarını xatırlayırsınız?

- Millidə çox matçda iştirak etməyimə baxmayaraq, Azərbaycana qarşı hələ oynamamışam. Keçmişi unudun, futbol çox dəyişib. Bu dueldə bir qol ola bilər və biz qalib gəlmək istəyirik.

Xəbər xətti