"Bakıda şortik geyinənə qəribə baxırlar" - slovakiyalı jurnalistin Bakı təəssüratları

Slovakiyanın sme.sk saytınada çalışan Pavol Spal AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Slovakiya oyununu işıqlandırmaq üçün Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, həmkarımız Bakı təəssüratları barədə çalışdığı saytda qeydlər yazıb.

 

"Bakıda havanın temperaturu 40 dərəcəyə yaxınlaşır. Ancaq insanlar uzun paltar geyinir. Şortik geyinənə gülümsəyib, başlarını çevirirlər. Azərbaycanda kişilərin şortik geyinməsi adət deyil. Buna qəribə baxırlar. Şortiki nalayiq hesab edənlər də var.

 

Küçələrin birində yaşlı qadın yerli valyuta hesab edilən manat üçün dilənir. Bir neçə metr qabaqda park olunmuş lüks "Bentley" var.

 

Yaşlı kişi şübhəli istehsal tarixi olan balıq təqdim edir", - deyə Pavol Spal qeyd edib.

Tarix: 10 İyun [18:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio