Marek Hamşik: "Hücum futbolu oynayacağıq"

23:01 - 10 İyun 2019

Slovakiya millisinin futbolçusu Marek Hamşik AVRO-2020-nin seçmə mərhələsində sabah Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat kofnransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Son oyunlarda cəmi 1 dəfə qapını toxunulmaz saxlamısız, sabah bunu təkrarlaya biləcəksizmi?
- Əsas qələbə qazanmaqdı. Hesabın önəmi yoxdu. Qol buraxmadan qalib gələ bilsək, yaxşı olar.

 

- Şəhərdə kifayət qədər Slovakiya azarkeşləri var. Onların dəstəyini hiss edə bilirsiz?
- Əlbəttə, öz azarkeşlərimizi burda görmək xoşdu. Sabah nə qədər azarkeşin stadiona gələcəyini görəcəyik.

 

- Azərbaycan millisini necə dəyərləndirirsiz?
- Bakı gözəl şəhərdir. Dünən biz Bakı Olimpiya stadionunda məşq etdik. Beynəlxalq karyeramda çox oyun keçirsəm də, Azərbaycana qarşı oynamamışdım. Rəqibi təhlil etmişik. Sabahkı oyunda istəkli olacaqlarına inanırıq.

 

- Sabah mümkün məğlubiyyət sizin üçün təəccüblü olacaq?
- Həyatda pis şeylər baş verə bilər. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişik. Hücum futbolu oynayacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- 18 il əvvəl Azərbaycana məğlub olmusuz. Hücum futbolu oynamağınız nəticəyə necə təsir edəcək?
- Ümidvaram ki, bu yenidən təkrarlanmayacaq. Hər iki komandanın hücumameyilli oynaması maraqlı olacaq. Keyfiyyətli hücum oyunçularımızın hesabına nəticənin bizim xeyrimizə olacağını düşünürəm.

 

- Sabahkı oyunda necə uğurlu olacağınızı düşünürsüz. Hansı səhvlərdən sığortalanmalısız?
- Rəqinin topa sahib olmasının qarşısını almalıyıq. Təkə-tək epizodlarda yaxşı futbolçuları var. Sabah kifayət qədər sürətli və irəliyə doğru oynamalıyıq.

Xəbər xətti