Donald Gerye Türkiyə klublarının hədəfində

11:37 - 11 İyun 2019

"Qarabağ"la müqaviləsi başa çatan Haiti millisinin üzvü karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az yeniakit.com.tr saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçiləri "Rizəspor"la "Dənizlispor" 30 yaşlı futbolçunu transfer hədəfinə alıb.

 

Haitili cinah futbolçusunun "Qarabağ"da qalıb-qalmayacağı bəlli deyil.

 

Qeyd edək ki, Gerye 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a keçmişdi.

Xəbər xətti