"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlandı

12:35 - 11 İyun 2019

İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu Ukraynanın "Şaxtyor" klubunu çalışdıran Paulu Fonseskanı baş məşqçi postuna gətirib. 46 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Portuqaliyalı çalışdırıcı illik maaşı 2,5 milyon olacaq.

 

Fonseska 2016-cı ildən "Şaxtyor"u çalışdırırdı.

Xəbər xətti