Azərbaycanda transfer pəncərəsi açıldı

13:10 - 11 İyun 2019

Azərbaycanda yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

 

Sportal.az xəbər verir ki, klublar heyətlərinə qatdıqları yeni oyunçularını bu gündən qeydiyyatdan keçirə bilərlər. Transfer pəncərəsi sentyabrın 2-dək açıq olacaq.

 

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 16-da start veriləcək.

Xəbər xətti