Daniele De Rossinin yeni klubu bəlli oldu

14:08 - 11 İyun 2019

"Roma"dan ayrılan Daniele De Rossi karyerasını Avropadan kənarda davam etdirəcək.

 

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi ABŞ-ın "Los-Anceles" klubunun təklifini qəbul edib.

 

Xəbərdə 35 yaşlı futbolçunun transferinin tezliklə rəsmən açıqlanacağı vurğulanıb.

 

De Rossi 2000-ci ildən "Roma"da çıxış edirdi. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

 

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

Xəbər xətti