Cənubi afrikalı futbolçu "Qarabağ"a keçəcək?

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Eksteini transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.

 

Sportal.az "Soccer Laduma" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun agenti Mxize Paleza açıqlamasında "Qarabağ"dan təklif aldıqlarını deyib:

 

"Eksteinə digər yerlərdən də təklif var. Klublardan biri müqavilə imzalamaq üçün ciddi maraq göstərdi. Gecələr belə oyunçunun təmsilçilərinə zəng edirlər. Klub Azərbaycanı təmsil edir. Ölkənin ən yaxşı komandasıdır. Söhbət Dino Ndlovunun keçmiş klubu "Qarabağ"dan gedir".

 

Cənubi afrikalı hücumameyilli futbolçu ilə ölkəsinin "Orlando Payrets" klubu da maraqlanır.

 

Hendrik Ekstein 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.

Tarix: 12 İyun [13:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio