"Real" bütün diqqətini Poqba transferinə yönəltdi

18:28 - 12 İyun 2019

"Real"ın növbəti transfer hədəfi "Mançester Yunayted"in futbolçusu Pol Poqbadır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi mütləq fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Poqbanın transferi baş məşqçi Zinəddin Zidanın əsas tələbidir.

 

Yaxın günlərdə danışıqlara start veriləcəyi gözlənilir.

 

"Real" daha əvvəl Eden Hazard, Luka Yoviç və Ferlan Mendini heyətinə qatıb.

Xəbər xətti