“Qəbələ” Polşaya turnirə dəvət olundu

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. 

 

Turnir iyunun 13-17-də keçiriləcək. Yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq. 

 

Əvvəlki illərdə “Mançester Yunayted”, “Mançester Siti”, “Everton” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) kimi klublar da turnirə qatılıb.

Tarix: 13 İyun [00:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio