Milli komanda Makedoniya ilə yenə bacara bilmədi

15:46 - 13 İyun 2019

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, millimiz sözügedən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

 

Qeyd edək ki, yığmamız dünən keçirilən ilk oyunda eyni rəqibə 1:3 hesabı ilə uduzub.

Xəbər xətti