Burak Yılmaz İtaliya klubuna keçməkdən imtina etdi

18:36 - 13 İyun 2019

"Beşiktaş"ın hücumçusu Burak Yılmazın İtaliya A Seriyasında oynamaq variantı yaranıb.

 

Sportal.az "Football Iitalia"ya istinadən xəbər verir ki, elitaya yüksələn "Leççe" 33 yaşlı hücumçunun agenti ilə təmasa keçib. Apuliyalılar türkiyəli forvarda iki illik müqavilə təklif edib. Ancaq Burak təklifə müsbət yanaşmayıb və "Leççe" bu keçiddən imtina edib.

 

Türkiyə millisinin üzvü ötən mövsüm "Trabzonspor" və "Beşiktaş"da 22 oyuna 16 qol vurub.

Xəbər xətti