Buffonun agentindən "Portu" açıqlaması

17:51 - 13 İyun 2019

PSJ-dən ayrılan italiyalı əfsanəvi qapıçı Canluici Buffonun adı Portuqaliyanın PSJ klubu ilə hallanır.

 

Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, 41 yaşlı əlcək sahibinin agenti Silvio Martino yayılan xəbərlərə münasibət bildirib:

 

"Buffon "Portu"da oynamağa müsbət yanaşır. "Portu" Çempionlar Liqasında oynayan və keçmişi zəngin olan klubdur. Ancaq təklif almamışıq və rəsmi yenilik yoxdur".

 

İtaliya mətbuatı isə Buffonun sabiq klubu "Parma"ya dönmək fikrində olduğunu yazıb.

Xəbər xətti