"Traktor Sazi"nin yeni baş məşqçisi bəlli oldu

00:03 - 14 İyun 2019

İran yüksək liqasında çıxış edən "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Təbriz təmsilçisi Mustafa Dənizlini baş məşqçi postuna gətirib. Türkiyəli mütəxəssislə 5 illik müqavilə imzalanıb. 

 

70 yaşlı mütəxəssis daha öncə İranda PAS və “Perspolis”də məşqçi kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, son iş yeri “Kasımpaşa” olan Mustafa Dənizli 2013-2014-cü illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.

Xəbər xətti