İspaniya klubundan ayrıldı - "Qarabağ"a gəlir

00:07 - 14 İyun 2019

Adı "Qarabağ"la hallanan İspaniyanın "Kordoba" klubunun hücumçusu Xayme Romero Rodriqeslə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisi 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı xitam verilib.

 

İspaniyalı futbolçunun yaxın günlərdə "Qarabağ"a keçəcəyi gözlənilir.

 

Xayme Romero "Albasete", "Udineze", "Bari", "Qranada", "Orduspor", "Osasuna" və "Real"ın B komandasında çıxış edib.

Xəbər xətti