Premyer Liqa klubundan 25 milyon avroluq transfer

00:32 - 14 İyun 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" hücum xəttini gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi Belçikanın "Brügge" klubundan Vesli Moaresi transfer edib. Braziliyalı futbolçunun transferi 25 milyon avroya başa gəlib.

 

Moraes 2016-2019-cu illərdə "Brügge"də 48 oyun keçirib və 17 qol, 10 assistlə yadda qalıb. Brügge Moraesi 2016-cı ildə Slovakiyanın "Trençin" klubundan 1 milyon avroya almışdı.

Xəbər xətti