Alleqri fasilə götürdü

11:30 - 14 İyun 2019

"Yuventus"dan ayrılan Massimiliano Alleqri yeni mövsüm istirahət etmək istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis futbola bir mövsüm fasilə vermək istəyidini bildirib:

 

"Futbola bir mövsüm fasilə vermək istəyirəm. Çünki şəxsi həyatıma, ailəmə, övladlarıma və dostlarıma vaxt ayırmaq istəyirəm. Batareyaları enerji ilə doldurmalıyam. Çünki son 16 ili fasiləsiz çalışmışam. Ailənizə və dostlarınıza da vaxt ayırmalısınız. Bu il batareyalarımı enerjiylə doldurub, gələn ildən onları istifadə etmək istəyirəm".

Xəbər xətti