Milli komanda FIFA-nın reytinq cədvəlində gerilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması 2 pillə geriləyib. Bu, AÇ-2020-nin seçmə mərhələsində Macarıtsan (1:3) və Slovakiyaya (1:5) məğlubiyyətlərə görə baş verib.

 

Son siyahıda 1202 xalla 108-ci olan yığma yenilgilərə görə 14 xal itirib. 1188 xal isə komandanı 110-cu pilləyə salıb. Milli bu pilləni Bəhreynlə bölüşəür. Ən yaxın qonşular isə Zimbabve (109) və Mərkəzi Afrika Respublikası (111) olacaq.

 

Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür.

Tarix: 14 İyun [12:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio