Tarixində ilk dəfə NBA çempionu oldu VİDEO

14:17 - 14 İyun 2019

Milli Basketbol Liqasında 2018/2019 mövsümünün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, finalın 6-cı duelində "Qolden Steyt Uorriors"u 114:110 hesabı ilə məğlub edən "Toronto Reptors" ümumi hesabda 4:2 önə keçib. Bununla da, Kanada təmsilçisi mövsümü çempion tamamlayıb.

 

1995-ci ildə yaradılan klub tarixində ilk dəfə NBA çempionu olub.

 

 

Xəbər xətti