Ramires Braziliyaya qayıtdı

15:04 - 14 İyun 2019

Çinin "Çzyansu Sunin" klubundan ayrılan Braziliya millisinin sabiq futbolçusu Ramires ölkəsinə qayıdıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi A Seriyasında mübarizə aparan "Palmeyras"la müqavilə imzalayıb. Klub saytının məlumatına görə, təcrübəli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Rmires Avropada "Benfika" və "Çelsi" klublarında oynayıb. O, Braziliyada "Joinvil" və "Kruyzero" klublarının şərəfini qoruyub. 

Xəbər xətti