Paytaxt klubu ispaniyalı futbolçunu transfer etdi

15:54 - 14 İyun 2019

İngiltərənin "Vest Hem" klubu İspaniyanın "Vilyarreal" klubundan Pablo Fornalsı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "çəkicdöyənlər" 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Bu keçid üçün London klubu 28 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü 2017-ci ildə "Malaqa"dan "Vİlyarreal"a 12milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti