Riberi Premyer Liqada oynamaqdan imtina etdi

Almaniyanın "Bayern" klubundan ayrılan Frank Riberi İngiltərədən təklif alıb.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçini Premyer Liqa təmsilçisi "Şeffild Yunayted" transfer etmək istəyib. 36 yaşlı futbolçu elitanın debütantına müsbət cavab verməyib. O, daha böyük klubda çıxış etmək istədiyi üçün bu qərarı verib.

 

Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib.

Tarix: 14 İyun [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio