Ramil Şeydayevin transfer qiyməti açıqlandı

17:12 - 14 İyun 2019

"Transfermarkt" Rusiya Premyer Liqasında çıxış edən klubların heyətinin dəyərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"un dəyəri 23,30 milyon avrodur. Şeydayevin transfer qiyməti 200 min avro artaraq, 1 milyon 200 min avro olub.

 

Samara təmsilçisinin ən bahalı oyunçusu rusiyaı forvard Maksim Kanunnikovdur (2,5 milyon avro).

 

Ən bahalı heyətə "Zenit" məxsusdur (169,30 milyon avro). ÇSKA 2-ci (137,05 milyon avro), "Lokomotiv" 3-cüdür (109,8 milyon avro).

 

Premyer Liqada çıxış edən bahalı futbolçu ÇSKA-nın müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rusiyalı futbolçunun dəyəri 30 milyon avrodur.

 

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümdən "Krılya Sovetov"da çıxış edir. Ramilin klubu ilə müqaviləsi başa çatıb və bir neçə Rusiya klubundan təklif alıb.

Xəbər xətti