"Sabah" futbolçusunu "Sumqayıt"a icarəyə verdi

16:44 - 14 İyun 2019

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə bağlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

 

Xəbər xətti