La Liqa klubundan ilk transfer

18:11 - 14 İyun 2019

İspaniyanın "Real Betis" klubu ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar "Real Sosyedad"ın hücumçusu Xuanmini 7 milyon avroya transfer edib. 

 

26 yaşlı ispaniyalı hücumçu 2016-cı ildə "Sauthempton"dan "Real Sosyedad"a transfer olmuşdu.

Xəbər xətti