"Milan"dan əfsanələrə yeni təyinat

00:00 - 15 İyun 2019

"Milan"ın əfsanəvi futbolçuları Evonimir Boban və Paulo Maldiniyə sabiq klublarında yeni vəzifə verilib.
 
Sportal.az xəbər verir ki, bundan əvvəl FIFA-da birinci katibin müavini olan Boban klubun futbol bölməsinin rəhbəri təyin edilib. Bu vəzifə 50 yaşlı xorvatın kluba qayıtması ilə yaradılıb.
 
"Milan"ın sabiq kapitanı Maldiniyə isə texniki direktor vəzifəsi verilib. O, bundan əvvəl İtaliya təmsilçisində strateji inkişaf üzrə direktor kimi işləyib.
 
Qeyd edək ki, Boban 1991-2001, Maldini isə 1984-2009-cu illərdə "Milan"ın şərəfini qoruyub.

Xəbər xətti