Sarrinin "Yuventus"a keçidi həll olundu

01:39 - 15 İyun 2019

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Yuventus"a keçidi həll olub.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin agenti Fali Ramadani Turin klubunun idman direktoru Fabio Paratiçi ilə iki saatlıq görüşüb. Tərəflər 2+1 illik müqavilənin imzalanmasında razılığa gəlib.

 

Sarrinin "Yuventus"da 6-7 milyon avro qazanacağı iddia olunur.

Xəbər xətti