Leonardo PSJ-yə qayıtdı

17:51 - 15 İyun 2019

İtaliyanın “Milan” klubundan ayrılan Leonardonun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis Fransanın PSJ klubunun idman direktoru təyin edilib. Klub saytının məlumatına görə 49 yaşlı funksioner bu vəzifədə Antero Enrikeni əvəz edib.

 

Leonardo daha öncə 2011-2013-cü illərdə PSJ-nin idman direktoru olub.

Xəbər xətti