Eden Hazard: "Poqba və Mbappe ilə birgə oynamaq istərdim"

14:50 - 15 İyun 2019

"Real"ın yeni transferi Eden Hazard birlikdə oynamaq istədiyi futbolçuları açıqlayıb.

 

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi PSJ-nin hücumçusu Kilian Mbappe və "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbayla birgə çıxış etmək istədiyini deyib:

 

"Bura transferləri müzakirə etməyə gəlməmişəm. Ən yaxşı futbolçularla birgə oynamaq istəyirəm. Kilian Mbappe və Pol Poqbayla birgə oynamaq istərdim, amma bunlara qərar verən mən deyiləm".

 

Qeyd edək ki, "Real" 28 yaşlı futbolçunu "Çelsi"dən 100 milyon avroya transfer edib.

Xəbər xətti