Bafetimbi Qomis: "Fənərbaxça"da heç vaxt oynamaram"

15:17 - 15 İyun 2019

"Qalatasaray"ın sabiq hücumçusu Bafetimbi Qomis adının "Fənərbaxça" ilə hallanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard məlumatı təkzib edib:

 

"Əl-Hilal"la 2020-ci ilə kimi müqaviləm mövcuddur. Heç bir təklif almamışam. Mən də bu barədə oxumuşam. Belə bir seçim mənim üçün mümkün deyil. Mən "Qalatasaray"lıyam və əzəli rəqibimizdə heç vaxt oynamaram".

 

Fransalı hücumçu 2017/18 mövsümündə "Qalatasaray"da 34 oyuna 29 qol vurub.

Xəbər xətti