Dünya çempionatının üçüncüsü müəyyənləşdi

15:58 - 15 İyun 2019

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının üçüncü yer uğrunda oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, bürüncü mükafat uğrunda İtaliya və Ekvador yığmaları qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb.

 

Əlavə vaxtın 95-ci dəqiqəsində İtaliya penaltini qeyri-dəqiq yerinə yetirib. 104-cü dəqiqədə Riçard Mina Ekvadora qələbə qazandırıb. Cənubi amerikalılar turniri 3-cü pillədə başa vurub.

 

Polşada keçirilən 22-ci dünya çempionatının final oyunu bu gün baş tutacaq. Həlledici görüşdə Ukrayna və Cənubi Koreya qarşılaşacaq.

Xəbər xətti