Məşhur hakim vitse-prezident oldu

17:17 - 15 İyun 2019

FIFA referisi Ravşan İrmatov Özbəkistan Futbol Federasiyasının birinci vitse-prezidenti təyin olunub.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin iclasında qurumun vitse-prezidentləri – Ümid Əhmədcanov, Polad Babacanov və Şirzad Taşmatov istefa verib.


İK-nın qərarı ilə Ravşan İrmatov və daxili işlər nazirinin müavini Muhiddin Jurayev müvəqqəti olaraq Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.

Qeyd edək ki, İrmatov dünya çempionatlarının final mərhələsində 11 oyun idarə edib. 41 yaşlı özbəkistanlı hakim DÇ-2010-da 5, DÇ-2014-də 4, DÇ-2018-də 2 oyunda ədalət təmsilçisi olub.

 

Xəbər xətti