Sulşer Beyldən imtina etdi

18:18 - 15 İyun 2019

İspaniyanın "Real" klubunun satmağa çalışdığı Qaret Beylin "Mançester Yunayted"ə transferi baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer uelslu futbolçunun transfer edilməsini istəməyib. Norveçli mütəxəssis "Borussiya"nın vingeri Ceydon Sançonun transferini arzuladığını rəhbərliyə bildirib.

 

Qeyd edək ki, 29 yaşlı vinger ötən mövsüm Madrid klubunda 42 oyuna 14 qol vurub, 6 assist edib.

Xəbər xətti