Ramil Şeydayev "Krılya Sovetov"dan ayrılır? - baş məşqçidən açıqlama

18:44 - 15 İyun 2019

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis Şeydayevin klubda qalmaq istədiyini deyib:

 

“Ramil Şeydayevin klubda qalmaq arzusu var. Ancaq onun və mənim arzum başqa, pul isə başqadır. Hər şey şərtlərdən aslıdır. Transferlərlə bağlı bir qədər gözləməliyik. Axı biz hələ tətildən qayıtmamışıq”.

 

Şeydayev mövsümün əvvəlindən “Krılya Sovetov"da çıxış edir. Onun klubla müqaviləsi başa çatıb.

Xəbər xətti