"Fənərbaxça" ilk transferini açıqladı

19:03 - 15 İyun 2019

Türkiyənin “Fənərbaxça” klubu ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu Almaniyanın “Volfsburq” klubunun türkiyəli futbolçusu Murat Sağlamı transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Sağlam "sarı-lacıvərdlilər"ə azad agent statusu ilə keçib.

 

Türkiyənin U-21 millisinin üzvü "Volfsburq"un B komandasında çıxış edirdi.

Xəbər xətti