"Səbail"dən iki transfer

00:07 - 16 İyun 2019

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” daha iki futbolçu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi makedoniyalı qapıçı Daniel Bojinovski və fransalı yarımmüdafiəçi Dilan Duventrunu heyətinə qatıb.

 

Hər iki futbolçunun “Səbail” forması ilə şəkilləri paylaşılsa da, tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti barədə məlumat verilməyib.

 

Duventru geridə qalan mövsümü “Zirə”də keçirib. Lakin mövsüm bitən kimi paytaxt klubu 30 yaşlı futbolçu ilə yolları ayırmışdı.

 

Bojinovskiyə gəlincə, onun son iş yeri ölkəsinin “Rabotniçki” komandası olub. O, “Sileks”, “Breqalniça” kimi klublarda da forma geyinib.

 

“Səbail” daha öncə Kamal Bayramov ("Zirə"), Ürfan Abbasov ("Qəbələ") və Turan Manafovu ("Zaqatala") heyətinə qatdığını açıqlamışdı.

 

Image may contain: 1 person, smiling, text

Image may contain: 1 person, text

Xəbər xətti