Ukrayna dünya çempionu oldu

00:42 - 16 İyun 2019

20 yaşadək futbolçulardan ibarət millilər arasında təşkil olunan dünya çempionatına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, final matçında Ukrayna və Cənubi Koreya yığmaları üz-üzə gəlib. Görüş avropalıların qələbəsiylə başa çatıb - 3:1.

 

Bununla da, Ukrayna yığması tarixində ilk dəfə dünya çempionu adını qazanıb.

 

3-cü yeri Cənubi Koreyanı məğlub edən Ekvador millisi tutub.

Xəbər xətti