Koutinyo: "Məndən gözlənilən performansı sərgiləmədim"

17:49 - 16 İyun 2019

Braziliya millisinin heyətində Kopa Amerika turnirində iştirak edən Filipe Koutinyo Boliviyaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi klub karyerası ilə bağlı danışıb. O, "Barselona"da azarkeşlərin gözləntilərini vermədiyini deyib:

 

"Azarkeşlərə deyəcək sözüm yoxdur. Mənə dəstək olduqları üçün minnətdaram. Ancaq meydanda çətin anlar keçirdim. Çünki məndən gözlənilən performansı sərgiləmədim. Daha yaxşı olması üçün çox çalışıram. Boliviya ilə oyunda iki qol vurmaq və qələbədə pay sahibi olmaq gözəl idi".

 

Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.

Xəbər xətti