Volkov "Qəbələ"də qaldı

13:43 - 17 İyun 2019

"Qəbələ"nin hücumçusu Davit Volkov klubda qalmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı futbolçu müqaviləsinin sonuna kimi "qırmızı-qaralar"da qalacaq.

 

Volkov ilin əvvəlində "Saburtalo"dan "Qəbələ"yə keçmişdi. 24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 16 oyuna 3 qol vurub. Onun müqaviləsi gələn mövsümün sonunda bitəcək.

 

Mehman Əşrəfov

Xəbər xətti