Soni Mustivarla Dabo "Neftçi"ni tərk etdi

14:46 - 17 İyun 2019

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü müalicə məqsədilə müvəqqəti olaraq düşərgəni tərk edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bunlar məşqlərdə ayaq əzələsində yüngül zədə alan Baqali Dabo və Haiti millisinin təlim-məşq toplanışından zədə səbəbindən yarımçıq geri dönən Soni Mustivardır.

 

Hər iki futbolçu ən qısa zamanda komandaya qoşulmaları və Avropa Liqasının birinci mərhələsindəki oyunlara hazır olmaları üçün İtaliyaya göndərilib. Onların xüsusi klinikada müalicə alaraq, tez bir vaxtda sağlamlıqlarına qovuşmaları üçün həkimlərin rəyi əsasında bu addım atılıb.

 

"Neftçi” iyunun 20-si, 25-i və 30-da yoxlama görüşü keçirəcək. Sınaq matçlarındakı rəqiblərimiz ayın 20-də "SKA-Xabarovsk” (Rusiya), 30-da isə "Vorskla” (Ukrayna) olacaq. Ayın 25-dəki rəqib haqda ən qısa zamanda məlumat veriləcək. İyulun 1-i axşam saatlarında vətənə qayıdacaq komanda üzvləri iki günlük istirahətdən sonra Avropa Liqasının birinci mərhələsindəki oyunların hazırlığına başlayacaq.

Xəbər xətti