Çempionlar Liqası: "Qarabağ"ın bəxtinə hansı komanda düşəcək?

15:54 - 17 İyun 2019

Sabah Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq. Azərbaycanı bu turnirdə təmsil edəcək “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu yüksək reytinqə malik olduğu üçün səpələnmişlər səbətində yer alıb. “Atlılar” reytinqi daha aşağı olan rəqiblə üz-üzə gələcək.

 

“Qarabağ”ın potensial rəqibləri:


“Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi (“Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra), “Feronikeli” (Kosovo) və ya “Tre-Penne” (San-Marino).

Xəbər xətti