Keylor Navas üçün klub tapılmır

16:55 - 17 İyun 2019

"Real" yolları ayırmağa qərar verdiyi Keylor Navas üçün təklif almayıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, kosta-rikalı qolkiperin agenti yeni klub axtarışlarını davam etdirir. Lakin 32 yaşlı qolkiperə iddialı klublardan yaxın duran tapılmır.

 

Navas illik ən azı 9 milyon avro maaş almağa ümid edir. "Real" isə 32 yaşlı qapıçının transferindən 10 milyon avro qazanmağı planlaşdırır.

 

Navasın "Real"la 2021-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm 21 oyunda meydana çıxıb.

Xəbər xətti