Totti 30 ildən sonra "Roma"nı tərk etdi: "Ölsəm, özümü daha yaxşı hiss edərəm"

"Roma"nın simvolu Françesko Totti klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Totti klubun direktoru vəzifəsindən getdiyini açıqlayıb:

 

"Çox uzun müddət düşündüm. Ailəm və dostlarımla görüşdüm, qərar verdim. Onu deyim ki, bu, mənim qərarım deyil. Bu qərarı qəbul etməyə məcbur edilmişəm.

 

Amerikalı sahiblər "Roma"ya gələndən sonra son səkkiz ildə əfsanələr klubdan göndərilib. İstədiklərini edirlər. Hər kəs bilir ki, futbolçu karyeramı onlara görə bitirdim. Daha sonra 6 illik müqavilə imzalayıb, yeni vəzifə tutdum. Bir çox şeyi söz vermişdilər. İşimə çox səssiz başladım, bu vəziyyətin çətin olduğunu bilirdim. Mənə verilən vədlərə əməl olunmadı. İki ildə 10 iclasa dəvət almışam, proseslərdən kənarda saxlayırdılar. 

 

Klub sahibi deyilik, ancaq biz "Roma" üçün önəmli fiqurlarıq. Bu, tək meydanda deyil. Klubun sahibləri getsə, "Roma"ya dönərəm. İndi getməyim futbolçu kimi ayrılmağımdan daha pis hissdir. Özümü pis hiss edirəm. "Roma"dan ayrılmaq ölmək kimi bir şeydir və indi ölsəm, özümü daha yaxşı hiss edərəm".

 

1989-cu ildə "Roma"nın akademiyasına gələn Totti 1992-2017-ci illərdə "canavarlar"da çıxış edib. O, karyerasını başa vuran kimi klubun direktoru vəzifəsinə təyin edilmişdi.

Tarix: 17 İyun [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio