"Atletiko" 19 yaşlı futbolçunu 120 milyona alır

18:34 - 17 İyun 2019

"Atletiko" klubdan ayrılmağa qərar verən Antuan Qrizmannın alternativini tapıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Benfika"nın hücumçusu Joau Felişi transfer edəcək. Bu keçid üçün "hindular" 120 milyon avro təzminat ödəyəcək. 19 yaşlı futbolçunun illik məvacibi 6 milyon avro olacaq. Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2016-cı ildə "Benfika"nın akademiyasına gəlib və iki il sonra əsas komandaya yüksəlib.

Xəbər xətti