Avropa Liqası: "Neftçi" və "Səbail"in yekun potensial rəqibləri açıqlandı

21:50 - 17 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq "Neftçi" və "Səbail"in potensial rəqiblərinin sayı 5-ə enib.

 

Sportal.az xəbər verir ki, səpələnmişlər sırasında yer alan "Neftçi"nin potensial rəqibləri:

 

"Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və "Zeta" (Monteneqro).

 

"Səbail"in potensial rəqibləri:

 

 "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və "Narva Trans"a (Estoniya).

 

Püşkatma mərasimi sabah Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Xəbər xətti